Печать |  Закрыть окно

Ассоциация охраны природы Азербайджана «EKOSTİL-AZƏRBAYCAN» Избранные

E-mail
Природа, климат, экология Азербайджана.
Сайт на азербайджанском языке, частично переведен на русский.

“Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin məqsəd və vəzifələri ölkəmizdə ekoloji tarazlığın və davamlı inkişafın qorunub saxlanmasında, o cümlədən, Azərbaycanın bioloji müxtəlifliyinin və landşaft müxtəlifliyinin davamlı inkişafında aktiv iştirak etməkdən ibarətdir. Bunun üçün onun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
· Azərbaycanın, o cümlədən, konkret ərazilərin bioloji müxtəlifliyinin, nadir və nəsli kəsilməkdə olan bitki və heyvanlarının təsnifatının aparılması, onların mühafizəsinin təbliğində aktiv iştirak etmək;
· Azərbaycanın yerli və irsi əhəmiyyətli bioloji, geoloji və paleontoloji təbiət abidələrinin, unikal landşaftlarının və təbiət komplekslərinin qeydiyyatının aparılmasında aktiv iştirak etmək;
· Xüsusi mühafizə olunan təbiət ərazilərinin bioloji müxtəlifliyinin qeydiyyatının aparılmasında və mühafizəsində aktiv iştirak etmək;
· Azərbaycanın bioloji müxtəlifliyinin mühafizəsinin nəzəri əsaslarının işlənib hazırlanmasında fəal iştirak etmək;
· Bu obyektlər üzrə ekoloji turizm marşrutlarının müəyyənləşdirilməsində aktiv iştirak etmək;
· Ekoloji problemlərin həllinə cəmiyyəti cəlb etmək;
· Ekoloji təhsil, tərbiyə, mədəniyyət və təfəkkürün formalaşdırılmasında, ətraf təbii mühitə humanist münasibətin formalaşdırılması və ekoloji maarifləndirmə sahəsində aktiv iştirak etmək;
· Bioloji müxtəlifliyin mühafizəsinin sosial-iqtisadi tərəflərinin müəyyənləşdirilməsi, təbiətdən rasional istifadəni təbliğ etmək;
· Qlobal və regional ekoloji problemlərin araşdırılması və həllində beynəlxalq əməkdaşlığı genişləndirmək, beynəlxalq ekoloji təşkilatların müsbət təcrübəsini öyrənmək və təbliğ etmək.
Печать |  Закрыть окно